Namaz vaxtı
Productivity | 9.3MB
Namaz vaxtı proqramı Azərbaycan Respublikasının şəhər və rayonları üçün namaz və oruc vaxtlarını göstərən proqramdır.
Proqram oflayn (offline) rejimdə işləyir, internet bağlantısına ehtiyac yoxdur. Həm namaz vaxtları, həm də ramazan təqvimi (oruc - imsak və iftar vaxtları) üçün istifadə oluna bilər.
Vaxtlar qafqazislam.com (Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytı) saytından götürülmüşdür.
İlk açılanda Bakı üçün bu günün namaz vaxtları görünür, yuxarı sol tərəfdə siyahıdan digər şəhər/rayonu seçə bilərsiniz. Namaz vaxtı azan oxuma üçün proqramda aşağıda "Azan oxusun" seçin.
Aşağıdakı Paylaş düyməsi ilə proqramı Facebook və ya digər sosial şəbəkələrdə paylaşa bilərsiniz.
Proqramda qiblə kompası ilə qibləni təyin edə bilərsiniz (telefonda kompas sensoru varsa).
Seçimlər bölməsində aşağıdakı seçimləri edə bilərsiniz:
1) Müxtəlif azan səsi və xəbərdarlıq səsi seçmək
2) Hansı vaxtlarda azan oxumasını seçmək
3) İmsak və gecə yarısı vaxtlarını göstərməyi seçmək
2.41.13:
Proqramın interfeysi kiçik ekranlarda iri şrift halı üçün yaxşılaşdırıldı
2.41.12:
Ramazan ayı üçün gündəlik dualar əlavə edildi (Seçimlərdə "İmsak vaxtını göstərsin" seçmək lazımdır)
2.41.11:
İmsak vaxtları 2020 Ramazan təqviminə uyğunlaşdırıldı
2.41.10:
Hicri tarixlər əlavə edildi
2.41.9:
Android 8 və 9-da bildirişin görünməməsi düzəldildi
2.41.7:
Android 6+ üçün azan oxuma yaxşılaşdırıldı
2.41:
Seçimlərdə Azan səsi üçün telefondan MP3 faylı seçmək imkanı əlavə edildi